Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniyada Madrid-Figueres marşrutu ilə hərəkət edən sürət qatarında yanğın baş verib. Hadisə səbəbindən dəmir yolu nəqliyyatında gecikmələr yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, ötən bazar ertəsi Madrid şəhərindən Figueres istiqamətində hərəkət edən qatarın arxa hissəsində yanğın başlayıb. Təhlükəsizlik məqsədilə qatar Rikla və Plasensiya-de-Xalon şəhərləri arasındakı dəmir yolu sahəsində dayandırılıb.
Hadisə nəticəsində qatarda olan təxminən 300 sərnişin təxliyə edilib. Onlar mikroavtobuslarla təyinat məntəqəsinə çatdırılıblar.
Yanğın dəmir yolu nəqliyyatının hərəkətinə də təsir göstərib. Hadisə səbəbindən 14 qatarın hərəkətində gecikmə qeydə alınıb. Dəmir yolu şirkətləri səfərləri pozulan sərnişinlərə biletlərin dəyərinin tam geri qaytarılacağını açıqlayıblar.