İspaniyada təşkilat Seutadakı miqrasiya böhranına görə baş nazir barədə məhkəməyə şikayət edib

04.08.2026

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın Manos Limpias təşkilatı Seuta muxtar şəhərində baş verən miqrasiya böhranı ilə əlaqədar ölkənin Baş naziri Pedro Sançes, daxili işlər naziri Fernando Qrande-Marlaska və müdafiə naziri Marqarita Robles barəsində Ali Məhkəməyə şikayət təqdim edib.

Bizimyol.info xəbər verir ki, "La Razon" qəzetinin verdiyi məlumata görə, təşkilat hesab edir ki, hökumət rəhbərliyi kobud səhlənkarlığa yol verib və miqrasiya böhranı fonunda ölkənin müstəqilliyi və suverenliyinə qarşı törədildiyi iddia olunan cinayətin qarşısını almayıb. Manos Limpias-ın bəyanatında bildirilir ki, “burada yeganə zərərçəkən İspaniyadır”.

Təşkilatın fikrincə, cinayətkar qrupların qanunsuz miqrant daşınması üçün formalaşmış şəbəkələri mövcuddur, lakin onlar kütləvi “basqın” təşkil etmirlər. Manos Limpias 1995-ci ildə dövlət qulluqçularının maraqlarını təmsil edən təşkilat kimi yaradılıb və sonradan yerli siyasətlə bağlı iddia olunan qanun pozuntuları barədə açıqlamaları ilə tanınıb.

İyulun sonunda on minlərlə qanunsuz miqrant Seutaya üzərək və şəhəri Mərakeşdən ayıran sərhəddəki dəniz bəndinin ətrafından piyada keçərək daxil olmağa cəhd edib. Böhran fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin olunmasına dəstək məqsədilə hərbçiləri də cəlb edib.

İspaniya hökumətinin məlumatına görə, Seutaya çatmağa çalışarkən azı 72 nəfər həlak olub. Mərakeş tərəfi isə 11 nəfərin öldüyünü bildirib. Ehtimal olunur ki, miqrantların böyük əksəriyyəti artıq Mərakeşə geri qaytarılıb.

Hökumətdəki mənbələrin sözlərinə görə, insan alveri ilə məşğul olan şəbəkələr sosial şəbəkələr və messencerlər vasitəsilə Ali Məhkəmənin son qərarını təhrif edərək, Seutaya daxil ola bilən şəxslərin İspaniyada qalmasına icazə veriləcəyi barədə yalan məlumat yayıblar.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью