İspaniyada UNESCO nun siyahısında yer alan Kurtuba Məscid Katedralində yanğın baş verib

10.08.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın cənubundakı Əndəlüs bölgəsində yerləşən tarixi Kurtuba Məscid-Katedralində yanğın olub.

APA xəbər verir ki, bu barədə İspaniya dövlət televiziyası RTVE məlumat yayıb.

Yanğın artıq söndürülüb. Katedral bölməsinin sözçüsü Xuan Xose Ximenez mediaya bildirib ki, yanğın Kurtuba Məscid-Katedralinin şərq hissəsində baş verib.

Məscid XVI və XVII əsrlərə aid ibadətgahlarla doludur. İspaniya dövlət televiziyasının məlumatına görə, ilkin ehtimallara əsasən, yanğına səbəb elektrik xəttindəki qısaqapanma olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью