Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyanın Uşaq və Gənclərlə iş üzrə Nazirliyi yetkinlik yaşına çatmayanların öküz döyüşlərinə qatılmasının və ya onlara tamaşa etməsinin qadağan olunmasını istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə nazir Sira Reqo "Bluesky" sosial şəbəkəsində yazıb.
"Uşaqlar və yeniyetmələr heyvanlara qarşı zorakılığın törədildiyi tədbirlərdə, məsələn, öküz döyüşlərində iştirak və ya onlara tamaşa edə bilməyəcəklər. Bu, uşaqların və yeniyetmələrin zorakılıqdan hərtərəfli qorunması haqqında qanunun təklif etdiyimiz genişləndirilməsinə daxildir", - o deyib.