İspaniyada xəstəxanalar qrip epidemiyasına yoluxanlarla dolub

15.01.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İspaniyada ilin əvvəlindən qripə yoluxma hallarının artması səbəbindən xəstəxanalara kütləvi müraciətlər olduğu bildirilir.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, səhiyyə sektoru işçilərinin həmkarlar ittifaqı verdiyi açıqlamada İspaniyanın 17 muxtar bölgəsindən 12-də xəstəxanaların qrip pandemiyası səbəbiylə dolu olduğunu bildirib və işçi heyəti və çarpayı çatışmazlığından şikayətlər daxil oldur.

İspaniya mətbuatı həmçinin Madrid, Kataloniya və Valensiya başda olmaqla bir çox xəstəxanada sıxlıq səbəbindən xəstələrin dəhlizlərə yerləşdirilən çarpayılarda müalicə edildiyini, təcili yardım otaqlarında gözləmə müddətinin 65 saata qədər olduğu halların yaşandığı da bildirib.

Səhiyyə Nazirliyi rəsmiləri qripə qarşı peyvənd olunanların sayında əvvəlki illərlə müqayisədə 50 faiz azalma olduğunu vurğulayaraq, bunun qripə yoluxma hallarının artmasında mühüm amillərdən biri olduğunu bildiriblər.

Yanvar ayının əvvəlindən tənəffüs yolu xəstəlikləri və qripə yoluxma hallarının 2-3 dəfə artdığına diqqət çəkən mütəxəssislər, qripə yoluxma hallarının önümüzdəki həftələrdə daha da artacağı ilə bağlı xəbərdarlıq ediblər.

Digər tərəfdən, bəzi xəstəxanalar, "Covid-19" dövründə olduğu kimi, maska ​​taxmağın məcburi olmasının  tərəfdarı olduqlarını qeyd edirlər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью