İspaniyada zavodda partlayış: Ölən və yaralananlar var

27.11.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın Alikante əyalətində (Valensiya muxtar icması) zavodun sənaye anbarında baş verən partlayış nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə İbi yaşayış məntəqəsində baş verib. Binada qazanın partlaması damın və divarların bir hissəsinin uçmasına səbəb olub. Nəticədə ərazidə olan bir neçə nəfər dağıntılar altında qalıb.

Hadisə yerində yanğınsöndürənlər, polis əməkdaşları və həkimlər işləyirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью