İspaniyada zavodda partlayış: ölənlər və yaralılar var

27.11.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İspaniyanın Alikante bölgəsində zavodda partlayış olub.

Axar.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilib ki, binada qazan partlayıb, nəticədə 3 nəfər ölüb, 7-si isə yaralanıb. Partlayış nəticəsində binada dağıntılar olub, bir neçə nəfərin də dağıntılar altında qaldığı bildirilib.

Hadisə yerində xilasedicilər işləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью