İspaniyada zavodda partlayış olub, 3 nəfər ölüb

27.11.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

İspaniyanın Alikante əyalətində (Valensiya muxtar icması) zavodun sənaye anbarında partlayış baş verib.

APA xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Nəticədə azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları və həkimlər cəlb edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью