Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın Alikante əyalətində zavodda partlayış baş verib.
Bu barədə EFE agentliyi məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Binada qazan partlaması nəticəsində fabrikin dam örtüyü və divarlarının bir hissəsi uçaraq ərazidə olan adamların dağıntılar altında qalmasına səbəb olub.
Hadisə yerində yanğınsöndürən, polis əməkdaşları və həkimlər işləyir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin