İspaniyada zavodda partlayış olub, ölənlər var

27.11.2024

Anews portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın Alikante əyalətində zavodda partlayış baş verib.Bu barədə EFE agentliyi məlumat yayıb.

Partlayış nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Binada qazan partlaması nəticəsində fabrikin dam örtüyü və divarlarının bir hissəsi uçaraq ərazidə olan adamların dağıntılar altında qalmasına səbəb olub.

Hadisə yerində yanğınsöndürən, polis əməkdaşları və həkimlər işləyir.
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью