İspaniyada zəlzələ olub

27.07.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın Qranada şəhəri yaxınlığında 4.4 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri Qranadadan təxminən 13 kilometr cənubda qeydə alınıb. Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.

Bölgədə heç bir tələfat və ya dağıntı qeydə alınmayıb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью