İspaniyada zəlzələ olub, evlərə və maşınlara ziyan dəyib

15.08.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın Qranada şəhərində 5 bal gücündə zəlzələ olub.

“Reuters”in xəbərinə görə, maşınlara və evlərə maddi ziyan dəyib.

Ölən və yaralananların olduğu barədə məlumat verilməyib.

Yerli rəsmilər sakinlərə zərurət olmadıqda binalara daxil olmamağı məsləhət görüb.

Bildirilib ki, eyvanlar, divarlar və bu kimi digər tikililərin uçmaq ehtimalı var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью