İspaniyadan 2030 cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA

28.11.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniyalı siyasətçi Mərakeşlə birgə dünya çempionatının keçirilməsini mümkünsüz hesab edir.

BAKU.WS xəbər verir ki, İspaniyanın sağçı Vox partiyasının lideri Santyaqo Abaskal 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının Mərakeşlə birgə təşkil edilməsinə qarşı çıxıb.

COPE-nin məlumatına görə, siyasətçi debat zamanı bildirib ki, Seuta şəhəri işğal altında olduğu müddətdə İspaniya Mərakeşlə birlikdə mundial keçirə bilməz.

Qeyd edək ki, iyulun sonunda İspaniyanın Şimali Afrikada yerləşən Seuta muxtar şəhərinə kütləvi qeyri-qanuni miqrant axını qeydə alınıb. Mərakeş və digər ölkələrin minlərlə vətəndaşı quru sərhədini keçərək şəhərə daxil olub.

Xatırladaq ki, 2030-cu il futbol üzrə dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью