İspaniyadan Cavid Hüseynov üçün gəldi

28.11.2024

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Bilindiyi kimi, cari mövsümdə baş məşqçi dəyişikliy ilə yadda qalan klublardan biri “Səbail”di.

12-ci turdan sonra Şahin Diniyevlə yolları ayıran “dənizçilər” Cavid Hüseynovla anlaşdı. Belədə Hüseynovla birgə məşqçi korpusu da yeniləndi. Elvin Məmmədov, Vüqar Bəybalayev və qapıçılar üzrə məşqçi Fuad Əsədov yeni çalışdırıcının məşqçilər korpusunda təmsil olunur.
Artıq İspaniyadan fiziki hazırlıq üzrə məşqçi də dəvət edilib. Xavyer Busketslə mövsümün sonuna qədər müqavilə bağlanıb. Əcnəbi mütəxəssisin son iş yeri “Akritas Xlor” olub. Ordakı fəaliyyəti ötən ilin avqustundan bu ilin mayına qədər davam edib. Buna qədər isə Xavyer “Palamos”da bir il çalışıb. İlk iş yeri “Espanyol” olub. Maraqlıdı ki, ispaniyalı mütəxəssis hər üç iş yerində cəmi bir il çalışıb.
RÖYANƏ OĞUZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью