Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Kristal Pelas” Oskar Mingeseni heyətinə qatıb.
"Football-plus.az" xəbər verir ki, “Selta”nın sabiq müdafiəçisi bundan sonra İngiltərədə çıxış edəcək. London klubu 27 yaşlı futbolçu ilə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb. Oskar yeni baş məşqçi Pyer Sajın təyinatından sonra “Kristal Pelas”ın ilk transferi olub.
“Barselona”nın yetirməsi olan Mingese son üç mövsümdə “Selta”nın heyətində 147 oyunda iştirak edib, 7 qol vurub və 15 məhsuldar ötürmə edib. O, İspaniya yığmasında 4 oyun keçirib.