İspaniyadan İngiltərəyə yollandı

31.05.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib.
BBC-nin məlumatına görə, London klubu “Real Sosyedad”dan Martin Subimendini transfer edib. 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən problemsiz keçəcəyi halda onunla müqavilə imzalanacaq.
“Arsenal” bu transferə görə “Real Sosyedad”a 51 milyon avro ödəyəcək.
Martin La Liqanın son mövsümündə 36 matçda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью