Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniya ABŞ-a öz Kadis və Sevilyadakı hərbi bazalarından İrana qarşı istifadə etməyə icazə verməyib.
Axar.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares məlumat verib.
“Hərbi bazalar heç vaxt ABŞ-la razılaşmada nəzərdə tutulmayan və ya BMT-nin Nizamnaməsinə uyğun olmayan hər hansı bir əməliyyat üçün istifadə olunmayacaq”, – Albares qeyd edib.