İspaniyadan ölkəyə gətirilən 293 kq şokoladlı meyvələr yararsız çıxdı

19.11.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniyadan Azərbaycana gətirilən 293,4 kq dondurulmuş şokoladlı meyvə məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Sınaq nəticəsində məhsul partiyasında kif-maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.

İstehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyası məhv edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью