İspaniyalı futbolçu ikinci dəfə xərçəng xəstəliyinə qalib gəlib

09.07.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 9 iyul, AZƏRTAC

İspaniyanın "Las Palmas" komandasının kapitanı Kirian Rodriqes ikinci dəfə xərçəng xəstəliyinə qalib gəlib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi mövsümöncəsi tibbi müayinədən keçib və onun tam sağlam vəziyyətdə komandaya qoşulmağa hazır olduğu məlum olub.

Qeyd edək ki, 2022-ci ilin avqust ayında Rodriqesə limfa xərçəngi diaqnozu qoyulub. Futbolçu 2023-cü ilin yanvarında xəstəliyə qalib gəlib. Lakin bir il sonra xəstəlik yenidən baş qaldırıb. Buna baxmayaraq, 29 yaşlı futbolçu 2024/2025-ci illər mövsümündə 22 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью