Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
David De Xea gələn mövsümə də İtaliyada başlaya bilər.
"Football-plus.az" xəbər verir ki, “Fiorentina” rəhbərliyi ispaniyalı futbolçu ilə müqaviləni yeniləmək qərarına gəlib.
“Calciomercato” nəşrinin məlumatına görə, İtaliya klubu 34 yaşlı qapıçının hazırda 2 milyon avro olan maaşını iki dəfə artırmağa hazırdı. De Xeanın hazırkı sözləşməsinə əsasən, müqavilə daha bir il müddətinə qədər uzadıla bilər.
Xatırladaq ki, David “Fiorentina”ya ötən ilin yayında azad agent kimi gəlib. O, əvvəlki klubu “Mançester Yunayted”dən 2023-cü ilin yayında ayrılmışdı.