İspaniyalı hücumçu Qarabağ a gəlməyəcək SƏBƏBİ BƏLLİ OLDU

15.08.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

“Leyriya”nın hücumçusu Xuan Munyoz böyük ehtimalla “Qarabağ”a transfer olunmayacaq.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 29 yaşlı forvard Ağdam klubunun transfer siyahısında yer alsa da, digər hücumçularla aparılan danışıqlar müsbət irəliləyir.

Bundan əlavə, həmin oyunçular Qurban Qurbanovun daha çox istədiyi futbolçular olduğundan, Munyozla razılıq əldə etmək artıq prioritet məsələ deyil.

Beləliklə, Munyoz məsələsi ehtiyat variant kimi kənara qoyulub. Həmin forvardlardan birinin transferinin reallaşacağı nəzərə alınarsa, “Qarabağ” Munyozun keçidinə ciddi üstünlük verməyəcək.

Qeyd edək ki, 2024-cü ildən Portuqaliya klubunda çıxış edən ispaniyalı mərkəz hücumçusu “Sevilya”nın yetirməsidir. O, karyerası ərzində “Zaraqoza”, “Sevilya”, “Levante”, “Almeriya”, “Alkorkon”, “Leqanes” və “Zaqlembe” klublarında da oynayıb.

“Karvan”dan növbəti transfer - RƏSMİ "İmişli"nin Ronaldosu: "Əlimizdən gələni edəcəyik" "Zirə" məşqçisi ilə yollarını ayırıb “Neftçi” – “Şamaxı” matçının biletləri satışa çıxarılacaq Emil Mustafayev: "Rəhbərlik mənə bildirdi ki, özümə yeni klub tapmalıyam"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью