İspaniyalı məşqçi Maurisio Poçettinonu əvəz edə bilər.

16.11.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Roberto Martines ABŞ millisinin baş məşqçisi ppostuna namizəd kimi nəzərdən keçirilir. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Mənbə bildirir ki, ispan mütəxəssis bu vəzifəyə iddialı olanlar siyahısındadır. O, ABŞ millisini tərk edərək "Mançester Yunayted"in sükanı arxasına keçən Maurisio Poçettinonu əvəz edə bilər.

Qeyd edək ki, Martines daha əvvəl Belçika və Portuqaliya yığmalarına rəhbərlik edib. O, DÇ-2026-dan sonra işsizdi. İspaniyalı mütəxəssis klub səviyyəsində "Everton", "Uiqan" və "Suonsi" komandalarının "sükanı arxasında" olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью