İspaniyalı müdafiəçi Barselona və Atletiko nun hədəfində

05.06.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Bayer"in müdafiəçisi Alexandro Qrimaldo karyerasını ölkəsində davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" və "Atletiko" ispaniyalı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

30 yaşlı futbolçu özü də ölkəsinə qayıtmağa isti yanaşır. Almaniya klubunun təcrübəli sol cinah müdafiəçisini 10 milyon avroya satmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, Alexandro Qrimaldo 2023-cü ilin yayından "Bayer"də çıxış edir. İspaniya millisinin üzvü 2025/26 mövsümündə Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin 30 iyun tarixində başa çatır.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью