İspaniyalı müdafiəçi Çelsi də

12.08.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Çelsi” “Rayo Valyekano”nun müdafiəçisi Pep Çavariyanı transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı sol cinah müdafiəçisi “Çelsi” ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Daha əvvəl İngiltərə təmsilçisinin bu transfer üçün 19 milyon avro ödəyəcəyi, müqavilədə əlavə 2 milyon avroluq bonusların da nəzərdə tutulduğu bildirilmişdi.

Qeyd edək ki, Pep Çavariya ötən mövsüm “Rayo Valyekano”nun heyətində bütün turnirlərdə 44 oyunda meydana çıxıb. İspaniyalı futbolçu 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Real”ın rekordunu təkrarlamaq istəyirik" Axundzadənin komandasında kütləvi ayrılıq İsveç çempionatının bombardiri "Sevilya"da - RƏSMİ “Tottenhem”dən yeni forma – 90-cı illərə dönüş - FOTO “Nottingem Forest”dən 40 milyonluq transfer
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью