Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Barselona”nın müdafiəçisi Alexandro Balde İngiltərə Premyer Liqasının bir neçə klubunun maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, ispaniyalı futbolçunun transferi ilə “Mançester Yunayted”, “Mançester Siti” və “Aston Villa” maraqlanır.
Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Məlumata görə, klublar 21 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətlərinə qatmaq üçün rəqabət aparacaqlar. Lakin oyunçunun özü “Barselona”da qalmaq niyyətindədir.
Qeyd edək ki, Balde “Barselona” akademiyasının yetirməsidir. O, cari mövsümdə komandanın heyətində 34 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Beşiktaş”ın daha bir üzvü Rusiya yolunda PSJ-nin matçı təxirə salındı Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Traore “Əl-Hilal”ın hədəfində Sanço sabiq klubuna geri qayıda bilər