Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Real"dan ayrıldıqdan sonra klubsuz olan Dani Karvaxal karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fulhem" ispaniyalı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "Team Talk" məlumat yayıb.
London klubunun baş məşqçisi Alvaro Arbeloa həmyerlisini komandasında görmək istəyir. 34 yaşlı futbolçu ispaniyalı mütəxəssisin rəhbərliyi altında Madrid klubuna çıxış edib. Təcrübəli sağ cinah müdafiəçisi gələcəyi ilə bağlı qərarını yaxın günlərdə verəcək.
Qeyd edək ki, Dani Karvaxal 2025/26 mövsümündə "Real"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 23 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi