Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Atletiko"nun müdafiəçisi Mark Pubil karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 4 klub ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
"Liverpul", "Mançester Yunayted", "Arsenal" və "Çelsi" Pubili transfer etmək istəyir. La Liqa klubu 23 yaşlı mərkəz müdafiəçisinə 60 milyon avro qiymət qoyub.
Qeyd edək ki, "Atletiko" Mark Pubili 2025-ci ilin yayında "Almeriya"dan 16 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 3 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi