İspaniyalı mütəxəssis Londondan qovulub İdman və Biz

08.01.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xulen Lopetegi "Vest Hem"in baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

İdman.biz xəbər verir ki, bu barədə London klubunu mətbuat xidməti məlumat yayıb.

Açıqlamada İngiltərə Premyer Liqasının birinci hissəsində qeydə alınan nəticələrin klubun məqsədləri ilə üst-üstə düşmədiyi bildirilib. Ötən il iyulun 1-də "Vest Hem"ə başçılıq edən Lopetegi bu vəzifədə Devid Moyesi əvəzləmişdi. Premyer Liqada ardıcıl iki oyunda uduzan "çəkicdöyənlər" 23 xalla 14-cü pillədə qərarlaşıblar.

Qeyd edək ki, ispaniyalı mütəxəssisi Qrem Potterin əvəz edəcəyi gözlənilir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью