İspaniyalı pilot yarış zamanı qəzaya uğrayaraq ölüb

07.09.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 7 sentyabr, AZƏRTAC

İspaniyalı pilot Pablo Amoros “GTI Trophy” yarışında baş verən qəza nəticəsində həyatını itirib.

AZƏRTAC xəbər verir ki, hadisə Uelva şəhərindəki “Monteblanko” avtodromunda qeydə alınıb.

Bu barədə Kral İspaniya Avtomobil İdmanı Federasiyası (RFEDA) məlumat yayıb. Qəzanın təfərrüatları açıqlanmayıb.

Federasiya Pablo Amorosun vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına başsağlığı verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью