Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 3 iyul, AZƏRTAC
İspaniya millisinin qapıçısı Unay Simon dünya çempionatlarının tarixinə düşüb.
AZƏRTAC xəbər verir ki, “Atletik”in oyunçusu mundiallarda ən uzun müddət qol buraxmayan qolkiper olub.
DÇ-2026-nın 1/16 final mərhələsinin Avstriya ilə matçında (3:0) qapısını toxunulmaz saxlayan Simon “quru dəqiqə”lərin sayını 519-a çatdırıb. O, bu göstərici ilə İtaliya millisinin sabiq üzvü Valter Zenqanı (517 dəqiqə) geridə qoyaraq yeni rekord müəyyənləşdirib.
Qeyd edək ki, bu qələbə ilə 1/8 finala yüksələn İspaniya millisinin növbəti rəqibi Portuqaliya – Xorvatiya cütünün qalibi olacaq.