İspaniyanı dayandırdı, bir gündə milyonlarla izləyici qazandı

16.06.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanı dayandırdı, bir gündə milyonlarla izləyici qazandı

Kabo-Verde millisinin qapıçısı Jozimar Vozinya DÇ-2026-nın ilk turundan sonra sosial şəbəkələrdə fenomenə çevrilib.

QOL.az championat.com saytına istinadən xəbər verir ki, İspaniya ilə oyundan (0:0) sonra 40 yaşlı qolkiperin İnstaqram hesabının izləyici sayı 45 mindən düz 5 milyona yüksəlib.

Bu artım bir sutkadan da az müddətdə baş verib.

Vozinya İspaniya ilə qarşılaşmada möhtəşəm çıxış edib. Təcrübəli qapıçı oyunu qolsuz başa vurub, 7 qurtarış edib və matçın ən yaxşı futbolçusu seçilib.

Maraqlıdır ki, Kabo-Verdenin əhalisi 2026-cı ilin ortalarına olan məlumata görə təxminən 530 min nəfərdir. Beləliklə, Vozinyanın izləyici sayı ölkəsinin əhalisindən dəfələrlə çoxdur.

Qeyd edək ki, Kabo-Verde millisi H qrupunun 2-ci turunda Uruqvay, son turunda isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью