İspaniyanı gözləyən təhlükə

21.07.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın bir neçə gündə İspaniyanın bəzi regionlarında anomal istilər gözlənilir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Andalusiya, Araqon, Valensiya, Kastiliya-la-Manç, Mursiya və Balearsk adalarından gedir.

Bu regionlarda temperaturun 41 dərəcəyə yüksələcəyi, bəzi yerlərdə 45 dərəcəyə çatacağı proqnozlaşdırılır. Bununla əlaqədar adları çəkilən ərazilərdə narıncı təhlükə elan edilib.

Bu azmış kimi Afrikadan gələn hava axını özü ilə toz da gətirəcək. Üstəlik, isti hava və quru küləyin meşə yanğınlarına səbəb olması ehtimalı da böyükdür. 

Qeyd edək ki, bir müddət əvvəl məhz bu cür şərait Qvadalahara regionunda yanğınlara səbəb olmuş, 34 yaşayış məntəqəsinin sakinləri təxliyə edilmişdi. 120 km perimetrdə 25 hektar ərazini məhz edən alov hələ də tam söndürülməyib.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью