İspaniyanın 12 ci FİNALÇISI

09.05.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Betis” tarixində ilk dəfə avrokubokların finalına çıxıb.

İdman.biz xəbər verir ki, Manuel Pelleqrininin yetirmələri Konfrans Liqasının həlledici matçına vəsiqə qazanıblar.

“Betis” avrokuboklarda final oynayacaq 12-ci İspaniya klubudur. Almaniya da eyni rəqəmə malikdir. Yalnız İngiltərənin daha çox – 15 komandası final həyəcanı yaşayıb.

Sevilya təmsilçisinə qədər “Real”, “Barselona”, “Atletiko”, “Valensiya”, “Sevilya”, “Vilyarreal”, “Atletik”, “Espanyol”, “Alaves”, “Saraqosa” və “Malyorka” finalın iştirakçısı olub.

Qeyd edək ki, “Betis” həlledici oyunda “Çelsi” ilə üz-üzə gələcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью