İspaniyanın baş məşqçisi Yamalın oyunundan məmnun deyil

10.07.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-da komandanın hücumçusu Lamin Yamalın çıxışını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, o, dünya çempionatında keçirdiyi beş oyunda bir qol vuran vingerin hələ tam potensialını nümayiş etdirmədiyini bildirib.

“Laminin motivasiyasını görəndə anlayırsan ki, o, rəqiblər üçün çox təhlükəlidir. Biz onu motivasiya etməliyik, amma elə etməliyik ki, bu, onun üçün əlavə təzyiqə çevrilməsin. Ən yaxşısı hələ qarşıdadır, çünki o, indiyədək gözlədiyimiz parlaq oyunu göstərməyib.

Bir neçə gün əvvəl Portuqaliya ilə matçda oyunun gedişi elə gətirdi ki, əvəzlənənə qədər müdafiədə çox işləməli oldu. Lamin öz yetkinliyini nümayiş etdirdi və biz onun hücumdakı gücünü səbirsizliklə gözləyirik”, – deyə İspaniya millisinin baş məşqçisi jurnalistlərə verdiyi açıqlamada bildirib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью