İspaniyanın baş naziri “Eurovision”dakı ikili standartlardan danışdı

19.05.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İspaniyanın Baş naziri Pedro Sançes hesab edir ki, İsrail 2025-ci il “Avroviziya” mahnı müsabiqəsində iştirak etməməli idi.
Yeniavaz.com
xəbər verir ki, baş nazirin sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra Rusiyadan beynəlxalq yarışlarda iştirakdan imtina etmək tələb olunub.
“Ona görə də İsrail də bunu etməməlidir. Çünki biz hətta mədəniyyətdə belə ikili standartlara yol verə bilmərik”, - kabinet rəhbəri əlavə edib.
Qeyd edək ki, “Eurovision 2025” mahnı müsabiqəsinin qalibi Avstriya təmsilçisi Yohannes Pitç (JJ) olub.
Xatırladaq ki, Avropa Yayım Birliyinin qərarı ilə Rusiyanın 2022-ci ildən müsabiqədə iştirakına qadağa qoyulub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью