İspaniyanın ən yüksək maaş alan idmançısı

30.09.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fernando Alonsonun "Aston Martin" komandası ilə yeni müqaviləsi onu baza maaşının məbləğinə görə İspaniyanın ən yüksək ödəniş alan idmançısına çevirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, komanda 45 yaşlı pilotun müqaviləsinin dəqiq məbləğini açıqlamayıb. Lakin qəzetin məlumatına görə, Alonso təxminən 40 milyon avro qazanacaq. Bu, onun karyerasında ən yüksək maaş olacaq. Alonso "Formula-1"də yalnız Maks Ferstappendən ("Red Bull") və Lüis Hemiltondan ("Ferrari") geri qalacaq. Onlar mövsüm ərzində müvafiq olaraq təxminən 62 milyon və 53 milyon avro qazanacaqlar.

Baza maaşının məbləğinə görə Alonso "Barselona"nın ulduzları Lamin Yamalı (bonuslar nəzərə alınmadan 22 milyon avro) və Rodridən (27 milyon avro) daha çox qazanacaq.

Alonso "Aston Martin"in heyətində 2023-cü ildən çıxış edir. O, cari mövsümdə fərdi sıralamada 19-cu yerdədir. Alonso 2005 və 2006-cı illərdə "Formula-1" üzrə dünya çempionu olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью