İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib

28.10.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 oktyabr, AZƏRTAC

İspaniyanın Əndəlus muxtar icmasının hakimiyyət orqanları Toledo əyalətində baş vermiş dəmir yolu qəzasında həlak olanlarla əlaqədar üçgünlük matəm elan edib. Bu barədə bölgə hökumətinin başçısı Xuan Manuel Moreno “X” sosial şəbəkəsində məlumat verib.

“Əndəlusdə bu gündən oktyabrın 31-i, şənbə gününədək üçgünlük rəsmi matəm elan edirik. Dəhşətli hadisənin təsiri altındayıq. Bütün Əndəlus bu dəmir yolu qəzasında zərər çəkənlərlə birlikdə yas tutur”, – deyə o yazıb.

Son məlumatlara görə, İspaniyanın Kastiliya-La-Mança muxtar əyaləti hökumətinin məlumatına görə, Toledo əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb, çox sayda insan ağır xəsarət alıb. Urda bələdiyyəsinin ərazisində qəzaya uğrayan AVE və “Iryo” qatarlarında 500-dən çox sərnişin olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью