Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 16 noyabr, AZƏRTAC
İspaniyanın Kanar adalarına son iki gündə dəniz yolu ilə təxminən 2200 miqrant gəlib.
AZƏRTAC İspaniya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında ölkəyə dəniz yolu ilə gələn 28 mindən çox miqrantın 13 mindən artıq hissəsi Kanar adalarının payına düşüb.
Bildirilib ki, Dəniz Xilasetmə Xidməti 14 rezin qayıqda olan 1324 miqranta yardım göstərib. Onların əksəriyyəti El-İerro adasına çatıb.