İspaniyanın Kiyevdəki səfirliyi də öz işini dayandırıb

20.11.2024

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, bu barədə "EFE" xəbər agentliyi məlumat yayıb:
"İspaniyanın Kiyevdəki səfirliyi gün ərzində ziyarətçilərə xidmət göstərməyəcək". Diplomatik missiyanın dayandırılmasına səbəb kimi mümkün təhlükəsizlik təhdidləri olduğu qeyd edilir.
Xatırladaq ki, ABŞ-nin Kiyevdəki səfirliyi də fəaliyyətini dayandırıb. "Rusiyanın bu gün Ukraynaya gözlənilən böyük hava hücumu ilə əlaqədar Kiyevdəki səfirliyimiz ehtiyat naminə fəaliyyətini dayandırır",- deyə bildirilib.
Həmidə İbrahimova
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью