İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

20.07.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti


Əlahəzrət,

2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Futbol üzrə dünya birinciliyinin oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq və sarsılmaz iradə nümayiş etdirərək azarkeşlərinə unudulmaz anlar və hədsiz sevinc bəxş etmiş İspaniya futbolçularına ən səmimi təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2026-cı il

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью