Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın "Marca" nəşri UEFA Çempionlar Liqasının əsas mərhələsində "Barselona"nın rəqibi "Sabah"a həsr olunan geniş məqalə dərc edib.
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, yazıda Azərbaycan klubunun qısa müddətdə keçdiyi inkişaf yolu, baş məşqçi Valdas Dambrauskasın qeyri-adi karyera başlanğıcı və komandanın aparıcı futbolçuları diqqət mərkəzinə gətirilib.
2017-ci il sentyabrın 8-də yaradılan "Sabah" cəmi bir il sonra Azərbaycan Premyer Liqasına yüksəlib. Klub 2025/2026 mövsümündə ölkə çempionu olmaqla yanaşı, Azərbaycan Kubokunu qazanaraq tarixində ilk dəfə "qızıl dubl"a imza atıb.
Məqalədə Dambrauskasın futbol dünyasına gəlişi də xüsusi yer alıb. Litvalı mütəxəssis 2002-ci ildə televiziya viktorinasında qazandığı məbləğlə İngiltərəyə getmək və məşqçilik təhsili almaq üçün istifadə etdiyi qeyd olunub. O, London Metropolitan Universitetində idman elmi və məşqçilik üzrə təhsil aldığı bildirilib.
"Sabah"ın Avropadakı yüksəlişinə də toxunulan yazıda komandanın Çempionlar Liqasının əsas mərhələsinə çatmaq üçün dörd təsnifat mərhələsini keçdiyi vurğulanıb.
Nəşr Bakı təmsilçisinin heyətində Coy-Lens Mikels, Timoteuş Puxaç, İvan Lepiniça, Velko Simiç və Stas Pokatilov kimi futbolçulara diqqət ayırıb.
Həmçinin məqalədə iki komanda arasında Polşa futbolu ilə bağlı maraqlı məqam qeyd olunub. "Sabah"ın müdafiəçisi Timoteuş Puxaç və "Barselona"nın qapıçısı Voysex Şesnının Polşa millisindəki birgə çıxışına toxunulub.
Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 21:45-də başlayacaq.