İspaniyanın tanınmış klubu Bakıda seleksiya keçirəcək EKSKLÜZİV

20.02.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 fevral, Cavid Əliyev,AZƏRTAC

İspaniyanın “Levante” klubu bu ilin yayında “Qarabağ” Futbol Akademiyasında gənc futbolçular arasında seleksiya keçirəcək.

Bu barədə AZƏRTAC-a Akademiyanın baş koordinatoru Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, seleksiya prosesi yerli istedadların üzə çıxarılması və onların Avropa futboluna inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən futbolçuların gələcəkdə İspaniyada baxışdan keçmək imkanı qazanacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью