İspaniyaya gələn turistlərin sayı açıqlandı | Icma.az
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünyada turizmin inkişaf etdiyi ölkələrin sırasında İspaniya ilk sıralarda yer alır.
“Cebheinfo.az” xəbər verir ki, 2024-cü ilin dekabr ayında İspaniyaya gələn xarici qonaqların sayı əvvəlki ilin eyni ayına görə 1,1 faiz artaraq 5 milyon 265 minə çatıb.
Dekabr ayında İspaniyaya ən çox ziyarətçi göndərən ölkə 900 min nəfərlə Böyük Britaniya olub.
Bu ölkəni 775 min nəfərlə Fransa, 625 min nəfərlə Almaniya, 376 min nəfərlə İtaliya, 227 min nəfərlə Niderland və 225 min nəfərlə Portuqaliya izləyib.
2024-cü ilin yanvar-dekabr ayları arasındakı 12 aylıq dövrdə İspaniyaya gələn ziyarətçilərin sayı bir əvvəlki ilə görə 10,1 faiz artaraq 93 milyon 799 minə çatıb.
Bu dövrdə İspaniyaya ən çox ziyarətçi göndərən ölkə 18 milyon 403 min ilə Böyük Britaniya, 12 milyon 980 min ilə Fransa, 11 milyon 937 min ilə Almaniya, 5 milyon 437 min ilə İtaliya, 4 milyon 780 min ilə Niderland və 2 milyon 986 min ilə Portuqaliya olub.
Digər tərəfdən İspaniya dekabr ayında turizmdən əvvəlki ilin eyni dövrünə görə 7 faiz artımla 7 milyard 589 milyon avro qazanıb.
Tam oxu
Xəbəri oxu