İspaniyaya keçmək istəyirdilər: 18 i öldü

31.07.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mərakeşdəki Kastilyos sahillərindən Şimali Afrikadakı İspaniya ərazisi olan Seuta keçməyə çalışarkən 18 qeyri-qanuni miqrant həlak olub.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Seuta çatmağa çalışan qeyri-qanuni miqrantlardan 18-i həyatını itirib.

Son bir həftə ərzində Mərakeşdən Seutaya əsasən üzməklə 1500 nəfər keçib, lakin rəsmi rəqəmlər hələ açıqlanmayıb.

Qeyd edək ki, Kastilyos sahillərindən Seutaya üzməyə çalışan 800-dən çox qeyri-qanuni miqrant tutulub.

İspaniyanın Baş naziri Pedro Sançez hökumətin hadisə ilə bağlı bütün mövcud resursları səfərbər etdiyini açıqlayıb.

Seuta istiqamətində qeyri-qanuni miqrasiya cəhdlərinin artmasından sonra İspaniya hökuməti təhlükəsizliyi təmin etmək üçün bölgəyə silahlı qüvvələr yerləşdirmək qərarına gəlib.

Murad Məmmədli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью