İspaniyaya rekord sayda xarici turist gəlib

02.04.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin fevral ayında İspaniyaya gələn turistlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 2,8 faiz artaraq 5 milyon 569 min nəfərə çatıb.

“Cebheinfo.az” xəbər verir ki, fevral ayında İspaniyaya ən çox ziyarətçi göndərən ölkə 1 milyon 22 min nəfərlə Böyük Britaniya, ardınca 687 min nəfərlə Fransa, 629min nəfərlə Almaniya, 357 min nəfərlə İtaliya və 243 min nəfərlə Hollandiya olub.

2026-cı ilin yanvar-fevral aylarında İspaniyaya gələn ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 10 milyon 696 min nəfərə çatıb.

İki aylıq dövrdə Birləşmiş Krallıq 1 milyon 919 min göndərdiyi ziyarətçi ilə birinci olduğu halda onu 1milyon 205 min nəfərlə Fransa, 1 milyon 156 min nəfərlə Almaniya, 724 min nəfərlə İtaliya, 473 min nəfərlə Niderland və 350 min ziyarətçi ilə Portuqaliya izləyib.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью