Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
İspaniya millisində baş məşqçi Luis de la Fuente ilə müqavilə uzadılacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mütəxəssislə anlaşmanın müddəti 2032-ci ilin iyuluna kimidir.
Luis 2023-cü ildən yığmaya rəhbərlik edir. İspanlar onun başçılığı altında Millətlər Liqasını, Avropa çempionatını və dünya çempionatını qazanıb.
Mütəxəssisin indiki müqaviləsi 2028-ci ilin yayına kimidir.