futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniya millisində baş məşqçi Luis de la Fuente ilə müqavilənin müddəti artırıla bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. İspaniya Kral Futbol Federasiyası dünya çempionu olan mütəxəssislə anlaşmanı 2030-cu ilin yayına kimi uzatmaq istəyir. Tərəflər arasında danışıqlar artıq başlayıb.
Fuentenin rəhbərlik etdiyi “Qırmızı furiya” 2024-cü ildə Avropa, 2026-cı ildə isə dünya çempionu olub.
Mütəxəssisin hazırkı müqaviləsi 2028-ci ilin sonuna kimidir.