Icma.az bildirir, futbolpress-az portalına istinadən.
İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsində Bolqarıstanı məğlub edib – 4:0.
Futbolpress.az xəbər verir ki, ispanlar rəsmi oyunlarda ardıcıl 29 oyundur, uduzmur. Komanda bu görüşlərdə 24 qələbə qazanıb, 5 heç-heçə edib.
İspanlar daha əvvəl 2010-2013-cü illərdə Visente del Boskenin rəhbərliyi altında 29 oyunda məğlub olmamışdı.