futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sabah” UEFA Çempionlar Liqasının V turunda bu gün “Barselona”nı qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matça saat 21:45-də start veriləcək.
Azərbaycan klubları avrokuboklarda doqquzuncu dəfə İspaniya təmsilçiləri ilə üz-üzə gələcək.
Duellərin böyük əksəriyyəti “Qarabağ”ın adı ilə bağlıdır. İspanlara qarşı ilk avrokubok sınağına isə keçmiş “İnter” klubu çıxıb. Komanda 2015-ci ildə Avropa Liqasının təsnifat mərhələsində “Atletik”lə qarşılaşıb və ümumi hesabda uduzub. İspaniyada 0:2 hesabıyla məğlub olan bakılılar doğma arenada qolsuz heç-heçə edib.
Azərbaycan klublarının ispanlara qarşı qələbəsi yoxdur. 8 görüşün 3-də heç-heçə qeydə alınıb.
İspanlarla duellər:
1. 06.08.2015 Bakı UEFA AL İnter Bakı – Atletik Bilbao 0:0
2. 18.10.2017 Bakı UEFA ÇL Qarabağ – Atletiko Madrid 0:0
3. 31.10.2017 Madrid UEFA ÇL Atletiko Madrid – Qarabağ 1:1
4. 19.09.2019 Bakı UEFA AL Qarabağ – Sevilya 0:3
5. 28.11.2019 Sevilya UEFA AL Sevilya – Qarabağ 2:0
6. 29.10.2020 İstanbul, Türkiyə AL Qarabağ – Vilyareal 1:3
7. 10.12.2020 Vilyarreal, İspaniya AL Vilyareal – Qarabağ 3:0
8. 22.10.2025 Bilbao, İspaniya, UEFA ÇL Atletik Bilbao – Qarabağ 3:1.
Şahin Cəfərov