İsrafçılığa qurulan məclis ... Qurani Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir…
Bizimyol saytına istinadən Icma.az xəbər verir. Kürdəmir rayonunda yas məclislərində ehsan verilməsi yığışdırılıb.
Bu barədə Teleqraf-a Kürdəmir şəhər Cümə məscidinin imamı Aqil Əliyev məlumat verib.
Onun sözlərinə görə, ağsaqqallar və din xadimləri birgə belə bir qərara gəliblər.
“Artıq iki aydır ki, rayonumuzda yas məclislərində yemək verilmir.
Yas məclisləri öz qaydasında təşkil olunur, halva və çay verilir, sadəcə yemək verilməsi yığışdırılıb”, - o bildirib.
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İslam dini yas mərasimlərini insanların kədərini paylaşmaq, ölən şəxsə dua etmək, səbir göstərmək və Allaha yönəlmək məqsədilə qəbul edir: “Bəzi cəmiyyətlərdə zamanla bu məqsəddən sapmalar olmuş, dini və mənəvi ruh yerini zahiri adət-ənənələrə, bəzən də israfçılığa vermişdir”.
İlahiyyatçı qeyd edib ki, Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur: “Möminlərin bir-birinə dəstək olmasını, kədərlənənlərə təsəlli verməsini, ehtiyacı olana yardım etməsini təşviq edən çoxlu ayələr var: “Onlar (möminlər) Allaha olan məhəbbətə görə kasıblara, yetimlərə və əsirlərə yemək yedirərlər.” (əl-İnsan, 8) Bu ayə, ehsanı edən insanın məqsədinin riyakarlıq, təmtəraq yox, sırf Allah rizası üçün olması gərəkdiyini göstərir.
Amma burada söhbət yas mərasimində yemək verməkdən deyil, ümumi olaraq imkansızlara yemək verməkdən gedir.
Tam oxu
Xəbəri oxu